Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,5% yüksəlib

Dow Jones indeksi 0,2%, S&P 500 0,2%, Nasdaq 0,5% yüksəlib
# 20 avqust 2012 08:44 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Avqustun 17-də Amerika fond bazarında Dow Jones indeksi 0,2% - 13 275 bəndədək, S&P 500 0,2% - 1 419 bəndədək, Nasdaq isə 0,5% - 3 077 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin dinamikasına bir sıra müsbət daxili makroiqtisadi göstəricilər və Almaniya kansleri Angela Merkelin ölkəsi tərəfindən avronun dəstəklənməsi üçün addımlar atılacağı barədə bəyanatı təsir edib.

Avropa fond bazarlarında avqustun 17-də FTSE 100 indeksi 0,3% - 5 852 bəndədək, Almaniya DAX-ı 0,6% - 7 041 bəndədək, Fransa CAC-40-ı 0,2% - 3 488 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,1% artaraq 1 620,6 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2331 (-0,1%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR