Azərbaycan XİN: İşğal olunmuş ərazilər haqqında BMT Baş Assambleyasının gündəminə daxil edilən iki qətnaməni diqqət mərkəzində saxlayırıq

Azərbaycan XİN: İşğal olunmuş ərazilər haqqında BMT Baş Assambleyasının gündəminə daxil edilən iki qətnaməni diqqət mərkəzində saxlayırıq
# 29 avqust 2012 08:57 (UTC +04:00)
Bunu APA-ya açıqlamasında Azərbaycan XİN-in mətbuat xidmətinin rəhbəri Elman Abdullayev deyib.

Xatırladaq ki, “GUAM məkanında həlli uzanan münaqişələr, onların beynəlxalq sülh, təhlükəsizlik və inkişafa təsiri” və “Azərbaycanın işğal olunmuş ərazilərində vəziyyət” adlı qətnamələr 2004-cü ildən bəri BMT Baş Assambleyasının gündəminə daxil edilir. Baş Assambleyanın növbəti – 67-ci sessiyası sentyabrın 18-də başlayacaq. Serbiyanın xarici işlər naziri Vuk Yeremiç sessiyanın sədri seçilib. Hər iki qətnamə növbəti dəfə sessiyanın gündəminə daxil edilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR