Xətai rayonunun su təchizatında fasilə olacaq

Xətai rayonunun su təchizatında fasilə olacaq
# 07 sentyabr 2012 08:58 (UTC +04:00)
Bakı. Əli Əhmədov - APA-Economics. “Azərsu” ASC istehlakçıların içməli su təchizatının yaxşılaşdırılması istiqamətində kompleks tədbirləri davam etdirir.

ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, abunəçilərin dayanıqlı və keyfiyyətli içməli su ilə təchiz etmək, həmçinin su itkilərinin qarşısını almaq məqsədi ilə Bakı şəhəri Xətai rayonu ərazisində yeni çəkilmiş magistral su xəttinin şəbəkəyə qoşulması və siyirtmələrin quraşdırılması işləri aparılır.

Bununla əlaqədar sentyabr 7-də “Xətai” metrosunun ətrafı və Qara şəhər adlanan ərazilərə içməli suyun verilməsində məhdudiyyətlər olacaq. Yaranmış narahatlıqla əlaqədar “Azərsu” abonentlərdən üzr istəyir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR