İran Suriya böhranının həlli məqsədilə təkliflər paketi irəli sürüb

İran Suriya böhranının həlli məqsədilə təkliflər paketi irəli sürüb
# 18 sentyabr 2012 10:46 (UTC +04:00)
APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, tədbirə Səudiyyə Ərəbistanının xarici işlər naziri qatılmayıb.

Toplantıda İranın xarici işlər naziri Əli Əkbər Salehi Suriyadakı böhranın həlli məqsədilə təkliflərini təqdim edib. Təkliflər paketində qarşıdurmaların dərhal dayandırılması, böhranın xarici müdaxilə olmadan həll edilməsi, silahlı qruplara hər cür silah və maliyyə dəstəyinin kəsilməsi, Suriya iqtidarı ilə müxalifəti arasında müzakirələrin başlaması, bütün tərəflərin iştirakı ilə milli sülh komitəsinin qurulması, dörd ölkədən ibarət qrupa daxil olan ölkələrdən Suriyaya müşahidəçi heyəti göndərilməsi, Suriyanın suverenliyi və ərazi bütövlüyünün qorunması, köklü islahatların həyata keçirilməsi yer alıb.

Qeyd edək ki, Suriya böhranının həlli məqsədilə Misir prezidenti Məhəmməd Mursinin təklifi ilə yaradılan qrupun növbəti iclası Nyu-Yorkda keçiriləcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR