Bu gün İran prezidenti ABŞ-a gedir

Bu gün İran prezidenti ABŞ-a gedir
# 22 sentyabr 2012 10:00 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Bu gün İran prezidenti Mahmud Əhmədinejad ABŞ səfər edəcək. APA-nın İSNA-ya istinadən məlumatına görə, M. Əhmədinejad Nyu-Yorka BMT Baş Assambleyasının 67-ci sessiyasında iştirak etmək üçün gedir. İran prezidenti sessiyada çıxış da edəcək. M. Əhmədinejad bir həftəlik səfəri çərçivəsində BMT baş katibi Pan Gi Mun və bir sıra ölkələrin rəsmiləri ilə görüşlər keçirəcək. Görüşlərdə ikitərəfli əlaqələr, regional və beynəlxalq məsələlər müzakirə ediləcək.

Qeyd edək ki, M. Əhmədinejad indiyədək 7 dəfə BMT BMT Baş Assambleyasının yığıncağında iştirak edib. Bu, onun ABŞ-a səkkizinci sayca səfəri olacaq.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR