Azərbaycan neftinin qiyməti son bir ildə sabit qalıb

Azərbaycan neftinin qiyməti son bir ildə sabit qalıb
# 02 oktyabr 2012 14:10 (UTC +04:00)
Bakı – APA-Economics. Son bir ildə dünya bazarında xam neftin qiymətlərində ciddi dəyişiklik baş verməyib.

«APA-Economics»in Dövlət Neft Şirkətinə istinadən məlumatına görə, sentyabr ayında dünya bazarında «Brent» tipli xam neftin 1 bareli 112,96 dollara, «Urals» nefti 111,92 dollara, «BTC FOB Ceyhan» tipli xam neft isə 115,11 dollara satılıb.

Ötən ilin sentyabrına nisbətən «Brent» nefti 0,14% ucuzlaşıb, «Urals» nefti 1,4%, «BTC FOB Ceyhan» tipli xam neft isə 0,36% bahalaşıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR