“Azərsu”nun Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin olunmayıb

“Azərsu”nun Qaradağ Rayon İcra Hakimiyyətinə qarşı iddiası təmin olunmayıb
# 10 oktyabr 2012 09:15 (UTC +04:00)
Bakı. Şəhriyar Əlizadə - APA. 1 saylı Yerli Bakı İnzibati – İqtisad Məhkəməsində “Azərsu” ASC-nin Qaradağ rayon İcra Hakimiyyətinə qarşı iddiası əsasında məhkəmə prosesi başa çatıb.

APA-nın məlumatına görə, prosesdə məhkəmənin qərarı elan olunub. Qərara əsasən, iddia təmin olunmayıb.

Qeyd edək ki, “Azərsu” ASC məhkəməyə iddia ərizəsi ilə müraciət edərək, icra hakimiyyətinin borcu olduğunu və borcu ödəmədiyini bildirib. İddiada borcun məbləğinin 9 min 515 manat 53 qəpik olduğu göstərilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR