Azərbaycanlı alim Türkiyədə keçiriləcək konfransda iştirak edəcək

Azərbaycanlı alim Türkiyədə keçiriləcək konfransda iştirak edəcək
# 24 oktyabr 2012 10:06 (UTC +04:00)
Bakı – APA. AMEA akademik Z.M.Bünyadov adına Şərqşünaslıq İnstitutunun “Türkiyə tarixi və iqtisadiyyatı” şöbəsinin elmi işçisi, tarix üzrə fəlsəfə doktoru Cavid Qasımov İstanbulda keçiriləcək “Tarixdə türk polis təşkilatı” adlı simpoziumda iştirak edəcək.

APAnın xəbərinə görə, tədbir noyabrın 1-2-də İstanbul Universiteti və Türkiyə Polis Akademiyası tərəfindən keçiriləcək.

20-dən artıq ölkənin iştirak etdiyi simpoziumda Cavid Qasımov “Qafqaz İslam Ordusu və Azərbaycanda polis təşkilatlarının qurulması” mövzusunda məruzə ilə çıxış edəcək.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR