SAM-ın direktoru “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Forumda iştirak edəcək

SAM-ın direktoru “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Forumda iştirak edəcək
# 24 oktyabr 2012 13:41 (UTC +04:00)
Bakı-APA. Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin (SAM) direktoru Fərhad Məmmədov 26-27 oktyabr tarixlərində “Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi” mövzusunda Avropa ölkələrində təhsil alan azərbaycanlı tələbələrin Vyana Forumunda iştirak və çıxış etmək üçün Vyanaya rəsmi səfər edəcək. SAM-dan APA-ya verilən məlumata görə, forum SAM, Azərbaycan Xarici İşlər Nazirliyi, Gənclər və İdman Nazirliyi, Azərbaycanın Avstriyadakı səfirliyi, Gənclər Fondu, "Azərbaycan Respublikasının Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı İcması” İctimai Birliyi və ASAIF –in təşkilatçılığı ilə keçirilir.

Vyana Forumu çərçivəsində Azərbaycan rəsmilərinin və ekspertlərin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin danışıqlar prosesinin hüquqi, humanitar və digər aspektləri ətrafında müzakirələri planlaşdırılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR