Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,4% yüksəlib

Dow Jones indeksi 1,0%, S&P 500 1,1%, Nasdaq 1,4% yüksəlib
# 02 noyabr 2012 06:40 (UTC +04:00)
Bakı. Vahab Rzayev – APA-ECONOMICS. Noyabrın 1-də Amerika fond bazarında Dow Jones indeksi 1,0% - 13 233 bəndədək, S&P 500 1,1% - 1 428 bəndədək, Nasdaq 1,4% - 3 020 bəndədək yüksəlib. «APA-ECONOMICS»in məlumatına görə, ABŞ fond indekslərinin yüksəlməsinə istehlakçıların etimadı indeksinin oktyabr ayında 72,2 bəndə qədər artması və bununla 2008-ci ilin fevral ayından maksimal həddə çatması barədə xəbər təsir edib.

Avropa fond bazarlarında noyabrın 1-də FTSE 100 indeksi 1,4% - 5 862 bəndədək, Almaniya DAX-ı 1,0% - 7 336 bəndədək, Fransa CAC-40-ı 1,4% - 3 475 bəndədək yüksəlib.

NYMEX-də qızılın bir unsiyasının qiyməti 0,7% azalaraq 1 709,2 dollara bərabər olub.

Dünya bazarında avronun dollara qarşı məzənnəsi 1,2931 (-0,3%) dollar təşkil edir.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR