Fransa Senatının nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Fransa Senatının nümayəndə heyəti Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
# 06 fevral 2012 14:22 (UTC +04:00)
Bakı-APA. Azərbaycanda səfərdə olan Fransa Senatının Qafqaz üzrə dostluq qrupunun sədr müavini Natali Qulenin başçılıq etdiyi nümayəndə heyəti Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını və Şəhidlər xiyabanını ziyarət ediblər.

Diasporla İş üzrə Dövlət Komitəsinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, məzarların qarşısına gül dəstələri, “Əbədi məşəl” abidəsinin önünə əklil qoyulub.

Senatorlar Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr ediblər.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR