Respublika Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında reydlərə başlayıb

Respublika Baş Dövlət Yol Polisi İdarəsi avtomobil yollarında reydlərə başlayıb
# 09 iyun 2012 10:12 (UTC +04:00)
Bu barədə APA-ya BDYPİ-nin şöbə rəisi Kamran Əliyev məlumat verib.

Onun sözlərinə görə, reydlərə bu gündən start verilib. Reydlər son günlər respublikada baş verən çox saylı insan itkisi ilə nəticələnən yol qəzaları ilə əlaqədar həyata keçirilir. Respublikanın bütün avtomobil yollarında aparılan reydlər zamanı avtomobilləri yüksək sürətlə idarə edən, ötmə əməliyyatlarını və yük daşıma qaydalarını kobud şəkildə pozan sürücülərə qarşı sərt tədbirlər görüləcək. Reydlər zamanı həmçinin nəqliyyat vasitələrini sərxoş vəziyyətdə idarə edən sürücülər də müəyyən edilərək cəzalandırılacaq.

K. Əliyev həmçinin bildirib ki, yay mövsümünün başlaması ilə əlaqədar magistral yollarda nəqliyyatın hərəkət intensivliyi artıb. Buna görə də sürücülərdən yola çıxarkən son dərəcə ehtiyatlı olmaları, yüksək sürətdən yayınmaları, ötmə əməliyyatlarının düzgün və vaxtında həyata keçirmələri xahiş olunur.

Qeyd edək ki, ötən gün respublikanın avtomobil yollarında 16 yol nəqliyyat hadisəsi baş verib ki, nəticədə 7 nəfər ölüb, 18 nəfər xəsarət alıb. Təkcə Masallı rayonunda 4 nəfərin ölümü ilə nəticələnən yol qəzası qeydə alınıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR