Elmar Məmmədyarov Bolqarıstan səfirini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib

Elmar Məmmədyarov Bolqarıstan səfirini ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib
# 29 mart 2012 14:58 (UTC +04:00)
Bakı-APA. Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Bolqarıstanın Azərbaycan Respublikasındakı Səfiri Vasil Todorov Kalinovu ölkəmizdə diplomatik fəaliyyətinin başa çatması ilə əlaqədar qəbul edib. XİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, görüş zamanı V. T. Kalinov Azərbaycanda işlədiyi dövrdə Bolqarıstanla Azərbaycan arasındakı münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini qeyd edib və faydalı əməkdaşlığa görə Xarici İşlər Nazirliyinə minnətdarlıq bildirib.

Nazir Elmar Məmmədyarov hər iki ölkə rəhbərinin siyasi iradələri nəticəsində Azərbaycanla Bolqarıstan arasında münasibətlərin hər zaman yüksələn xətlə inkişaf etdiyini diqqətə çatdıraraq, Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyinə görə Bolqarıstan hökumətinə öz təşəkkürünü bildirib.

Elmar Məmmədyarov V.T.Kalinova xoş arzularını bildirib və gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR