İslam İnkişaf Bankının Azərbaycan üzrə portfeli 1,2 mlrd. dollar təşkil edir

İslam İnkişaf Bankının Azərbaycan üzrə portfeli 1,2 mlrd. dollar təşkil edir
# 13 fevral 2012 10:04 (UTC +04:00)
Bakı. Nicat Mustafayev - APA-Economics. İslam İnkişaf Bankı (IDB) qrupunun Azərbaycan üzrə ümumi kredit portfeli 1,2 mlrd. ABŞ dollarına çatıb. «APA-Economics»in məlumatına görə, bu barədə IDB-nin Azərbaycan nümayəndəliyinin rəhbəri Tamerlan Tağıyev bildirib.

Onun sözlərinə görə, hazırda IDB Azərbaycanda dövlət sektorunda iri layihələrin icrasını maliyyələşdirir: «Eyni zamanda biz özəl sektora da diqqət yetiririk. Hazırda IDB-nin Azərbaycan üzrə portfelinin həcmi 1,2 mlrd. dollara bərabərdir».

T.Tağıyevın sözlərinə görə, IDB-nin Azərbaycanda həyata keçirdiyi iri layihələr sırasına bərk tullantıların utilizasiyası zavodunun tikintisi, «Cənub» elektrik stansiyasının inşası, Azərbaycanın 6 rayonunda su təchizatının yaxşılaşdırılması, kənd təsərrüfatı sahəsinin inkişafı və s. daxildir.

Qeyd edək ki, Azərbaycan 1992-ci ildən IDB-nin üzvüdür.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR