Azərbaycan prezidenti Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktorunu qəbul edib

Azərbaycan prezidenti Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktorunu qəbul edib
# 05 mart 2012 17:32 (UTC +04:00)
Bakı-APA. Azərbaycan prezidenti İlham Əliyev martın 5-də Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlersin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Dünya Bankının strategiya və əməliyyatlar üzrə direktoru Teodor Ahlers Azərbaycan Hökumətinin Dünya Bankı ilə birgə təşkil etdikləri yüksək səviyyəli II İqtisadi Siyasət Forumunda aparılan müzakirələrdə iştirak etməsindən məmnunluğunu bildirib.

Dövlət başçısı yüksək səviyyəli II İqtisadi Siyasət Forumunun önəmini qeyd edib. Prezident İlham Əliyev bildirib ki, Azərbaycan iqtisadi inkişafının birinci mərhələsini başa vurduqdan sonra gələcək illərdə də qeyri-neft sektorunun daha da inkişaf etdirilməsi əsas prioritet sahələrdən biri olacaq.
Görüşdə Azərbaycan ilə Dünya Bankı arasında bank sahəsində uzun illər davam edən uğurlu əməkdaşlıqdan məmnunluq ifadə edilib, bu əməkdaşlığın bundan sonra da davam etdiriləcəyinə əminlik bildirilib.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR