Lənkəran rayonunda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb

Lənkəran rayonunda baş verən yol qəzasında 3 nəfər xəsarət alıb
# 02 may 2012 08:41 (UTC +04:00)
Lənkəran. Ağəddin Babayev – APA. Lənkəran rayonunda yol-nəqliyyat qəzası baş verib. Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) istintaq və təhqiqat şöbəsinin müstəntiqi Bəyəmir Cahangirovun APA-nın cənub bürosuna verdiyi məlumata görə, hadisə 1 may gecəsi saat 23.00 radələrində Ələt-Astara magistralının 206-cı kilometrliyində - Lənkəran rayonunun Gərmətük qəsəbəsi ərazisindən keçən hissəsində qeydə alınıb.

Lənkəran rayonunun Gərmətük qəsəbə sakini, 31 yaşlı Faiq Nurullayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobil Lənkəran şəhər sakini, 46 yaşlı Bilal Əkbərovun idarə etdyi “Chevrolet” markalı avtomobillə toqquşub. Zərbənin təsirindən “Chevrolet” markalı avtomobil yolun kənarındakı kanala düşüb. Qəza nəticəsində hər iki avtomobilin sürücüsü və “Chevrolet”in sərnişini, Lənkəran rayonunun Aşağı Nüvədi qəsəbə sakini, 46 yaşlı Yaşar Nəsirov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Sürücülər ilkin tibbi yardım göstərildikdən sonra evə buraxılıb. Xəsarət alan sərnişinin vəziyyəti isə qənaətbəxş qiymətləndirilir.

Faktla bağlı araşdırma aparılır.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR