Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 59 nəfər ölüb, 70 nəfər xəsarət alıb

Bu il Azərbaycanda baş verən fövqəladə hadisələrdə 59 nəfər ölüb, 70 nəfər xəsarət alıb
# 19 aprel 2012 10:45 (UTC +04:00)
APA-nın FHN-in saytına istinadən verdiyi xəbərə görə, cari ilin ötən 3 ayı ərzində respublikada 7 partlayış hadisəsi baş verib ki, bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 5 hadisə və ya 42% azdır. Partlayışlar zamanı 3 nəfər həlak olub, 5 nəfər isə xəsarət alıb.
Respublika ərazisində baş verən yanğın hadisələri zamanı isə 26 nəfər ölüb, 30 nəfər xəsarət alıb. Bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə yanğından həlak olanların sayı 4 nəfər və ya 18% çox, xəsarət alanların sayı isə 16 nəfər və ya 35% azdır. 2012-ci ilin I rübü ərzində baş vermiş yanğınların aradan qaldırılması üçün daxil olmuş müxtəlif çağırışlar üzrə operativ olaraq 1623 çıxış edilib.

2012-ci ilin I rübü ərzində Azərbaycan ərazisində 1667 təbii və texnogen mənşəli hadisə baş verib. Bu da 2011-ci ilin müvafiq dövrü ilə müqayisədə 424 hadisə və ya 34% çoxdur. Baş vermiş təbii və texnogen mənşəli hadisələr nəticəsində 30 nəfər həlak olub, 35 nəfər xəsarət alıb, 135 nəfər xilas edilib və 26 nəfər təxliyə olunub.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR