“Şuşaya yolun, elektrik xətlərinin və su kəmərinin çəkiləcəyi ərazilərin minalardan təmizlənməsinə başlanıb”.
Bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) Operativ Qərargah rəisi İdris İsmayılov bildirib.
İ. İsmayılov deyib ki, bu istiqamətdə işlər artıq bir neçə gündür ki, davam edir: “Ancaq bu işlərin hansı müddətdə yekunlaşacağını söyləmək çətindir. Çünki ərazi mürəkkəb relyefə malikdir, partlayıcı maddələr, əsasən, əllə təmizlənir”.