Sergey Pavlyukoviç “Xəzər-Lənkəran” klubunu tərk edib

Sergey Pavlyukoviç “Xəzər-Lənkəran” klubunu tərk edib
# 20 yanvar 2007 10:23 (UTC +04:00)
“Xəzər-Lənkəran” klubunun baxışa çağırdığı belaruslu müdafiəçi Sergey Pavlyukoviç şəxsi işləri ilə əlaqədar vətəninə yollanıb. Bu haqda APA-ya məlumatı klubun mətbuat katibi Zaur Əzizov verib. Onun sözlərinə görə, Minskin “Dinamo” komandasından transfer edilən müdafiəçi ilə ilyarımlıq müqavilə bağlanılıb. Belaruslu futbolçunun yanvarın 25-dək komandanın düşərgəsinə qatılacağını söyləyən Z. Əzizov həmçinin bildirib ki, baxışa gələn litvalı müdafiəçi Darius Jutautasın əvvəlllər şərəfini qoruduğu “Atlantas” klubu ilə gazırda danışıqlar gedir: “Hər iki legionerlə gələn həftə rəsmi müqavilə imzalanacaq”. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR