Stokholmda yaşayan azərbaycanlılar piket keçirəcək

Stokholmda yaşayan azərbaycanlılar piket keçirəcək
# 01 fevral 2007 14:33 (UTC +04:00)
Fevralın 4-də Stokholmda yaşayan azərbaycanlıların Etiraz-Aksiya Komitəsinin təşəbbüsü ilə şəhərin mərkəzi meydanı olan “Sergels Torg”da “Güney Azərbaycan milli hərəkatının məhbuslarına azadlıq!” şüarı ilə piket keçiriləcək. APA-nın məlumatına görə, aksiyada İran dövlətindən bu ölkədə yaşayan azərbaycanlıların hüquqlarının bərpası, siyasi baxışlarına görə həbs olunanların isə azadlığa buraxılması tələb ediləcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR