Azərbaycan Hesablama Palatası 2007-ci il üçün Iş Planını təsdiqləyib

Azərbaycan Hesablama Palatası 2007-ci il üçün Iş Planını təsdiqləyib
# 07 fevral 2007 13:58 (UTC +04:00)
Azərbaycan Hesablama Palatası 2007-ci il üçün Iş Planını təsdiq edib. Palatadan APA-ya verilən məlumata görə, İş Planı iki əsas bölmədən ibarətdir. Birinci bölmədə vergi gəlirlərinin qanunvericiliyə müvafiq formalaşması və icrası vəziyyətinin (dövlət və qeyri-dövlət müəssisələri, o cümlədən, iri vergi ödəyiciləri üzrə, vergi güzəştlərinin tətbiqi və s.), sosial ayırmaların hesablanması və ödənilməsi, mülkiyyətdən gəlirlərin uçotu və icra vəziyyəti, mal və xidmətlərin satışından daxilolmaların uçotu və ödənilməsi, mərkəzi və yerli idarəetmə sistemi xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və istifadəsi, müdafiə və hüquq-mühafizə xərclərinin istifadəsi (müdafiə qüvvələri, məhkəmə hakimiyyəti, prokurorluq orqanları və s.), sosial sahələrin maliyyələşdirilməsi (elm, təhsil, səhiyyə, mədəniyyət, incəsənət, idman və bədən tərbiyyəsi, mənzil və kommunal təsərrüfatı, sosial müdafiə və sosial-təminat xərclərinin planlaşdırılması, maliyyələşdirilməsi və istifadəsi), iqtisadiyyatın maliyyələşdirilməsi (kənd təsərrüfatı, məşə təsərrüfatı, ətraf mühitin mühafizəsi və s.), çoxsahəli inkişaf layihələri xərclərinin planlaşdırılması və istifadəsi, əsaslı vəsaitlər üzrə xərclərin (tikinti və faydalı qazıntılar xərclərinin) istifadəsi ilə bağlı auditlərin keçirilməsi nəzərdə tutulur. Bundan başqa, Hesablama Palatası Dövlət Neft Fondundan birbaşa ayrılan əsaslı vəsaitlərin istifadəsi, dövlət proqramları üzrə investisiya xərclərinin planlaşdırılması və istifadəsi, dövlət vəsaitlərin ərazi idarəetmə vəziyyətinin qiymətləndirilməsini (Sumqayıt və Şəki şəhərləri, Sabirabad, Quba və Şəmkir rayonları üzrə), dövlət büdcəsi kəsirinin bağlanması mənbələrinin istifadəsi vəziyyətinin təhlili, İcmal Büdcə üzrə xərclərin istifadəsi vəziyyətinin araşdırılmasını (dolayı subsidiyalar üzrə xərclərinin planlaşdırılması və istifadəsi, Dövlət Sosial Müdafiə Fondunda xərclərin planlaşdırılması və istifadəsi üzrə daxili nəzarətin təşkili, Naxçıvan MR büdcəsi xərclərinin planlaşdırılması və istifadəsi və s.) və s. həyata keçirəcək.
Bu il həmçinin, sorğu əsasında Milli Arxiv İdarəsi, “Aqrolizinq” ASC və Dövlət Baytarlıq Xidmətinə ayrılmış vəsaitlərin istifadəsi ilə bağlı nəzarət tədbirləri həyata keçiriləcək.
İş Planının ikinci bölməsi Palatanın çıxış sənədlərinin, o cümlədən, rəy və məlumatlarının (2006-cı ildə dövlət büdcəsinin icrası barədə hesabata və müvafiq qanun layihəsinə rəyin, 2008-ci il dövlət büdcəsinin və büdcədənkənar dövlət fondlarının büdcə layihələri, 2007-ci il dövlət büdcəsinin gəlir və xərclərinin icrası haqqında rüblük məlumatlar və s.) hazırlanması məsələlərini əhatə edir. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR