“Tərəqqi” MTK-nın sədri barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb, iş baxılması üçün məhkəməyə göndərilib

“Tərəqqi” MTK-nın sədri barəsində başlanmış cinayət işinin istintaqı yekunlaşıb, iş baxılması üçün məhkəməyə göndərilib
# 07 fevral 2007 14:17 (UTC +04:00)
“Tərəqqi” MTK-nın sədri Rizvan Kərimov barəsindəki cinayət işinin istintaqı yekunlaşıb, iş baxılması üçün Nəsimi rayon Məhkəməsinə göndərilib. Bu barədə APA-ya açıqlamasında məlumat verən Nəsimi rayon prokuroru Aqşin Ziyadov bildirib ki, MTK sədrinə Cinayət Məcəlləsinin 222.1-ci (tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddəsi ilə ittiham irəli sürülüb. Cinayət işi Nəsimi rayon Məhkəməsinin sədri, hakim Ələddin Cəfərovun icraatına verilib. Fevralın 12-də məhkəmə prosesi keçiriləcək. Hadisə ilə bağlı həbs edilmiş “Azərtunel” Tikinti İdarəsinin maşinist-operatoru Səlim İsmayılov və iş icraçısı Nurməmməd İsmayılov barəsindəki cinayət işinin istintaqı isə davam edir. Prokurorun sözlərinə görə, onlar CM-in 222-1.2-ci (ehtiyatsızlıqdan zərər çəkmiş şəxsin ölümünə və ya başqa ağır nəticələrə səbəb olan tikinti qaydalarını pozma) və 222.2-ci (ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olan tikinti, mədən işlərinin və sair işlərin aparılmasının təhlükəsizlik qaydalarını pozma) maddələri ilə təqsirləndirilən şəxs qismində məsuliyyətə cəlb olunublar. Onlar barəsində cinayət işinin istintaqı başa çatandan sonra iş baxılmaq üçün məhkəməyə göndəriləcək.
Qeyd edək ki, Nəsimi rayonu ərazisində “Tərəqqi” MTK tərəfindən aparılan tikinti işləri zamanı 140 tondan artıq çəkisi olan qazma-suvarma aqreqatının birmərtəbəli yaşayış evinin üstünə aşması nəticəsində evin sakinləri 42 yaşlı Mehriban Ələkbərova və 21 yaşlı Könül Ələkbərova dünyasını dəyişib, 1 yaşlı Elxan Ələkbərov isə xəsarət alıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR