Respublika Hərbi Prokurorluğunda Lokal Kompüter Şəbəkəsi yaradılıb

Respublika Hərbi Prokurorluğunda Lokal Kompüter Şəbəkəsi yaradılıb
# 14 fevral 2007 10:10 (UTC +04:00)
Respublika hərbi prokurorun əmri ilə vətəndaşların müraciətlərinə baxılması üzrə Respublika Hərbi Prokurorluğunda Lokal Kompüter Şəbəkəsi yaradılıb. Respublika Hərbi Prokurorluğundan APA-ya verilən məlumata görə, hərbi prokuror Xanlar Vəliyevin hərbi prokurorluq orqanlarında vətəndaşların müraciətlərinə baxılması işinin daha da təkmilləşdirilməsi haqqında əmri ilə hərbi prokurorluqda vətəndaşların dərhal qəbul edilməsi və onların müraciətlərində qaldırılmış məsələlərin operativ və obyektiv həllini təmin edilməsi üzrə prosedur qaydalar təsdiq olunub. Respublika Hərbi Prokurorluğunda müraciətinə baxılan hər bir vətəndaş ona göndərilən bildirişdəki rekvizitlər əsasında şəbəkə vasitəsilə ərizəsi üzrə bütün məlumatlarla tanış ola, istədikdə müvafiq şöbənin prokuroruna müraciət etməklə, ona lazım olan sənədlərin surətini əldə edə bilər. Hərbi Prokurorluqda quraşdırılan vahid sistem baxılan müraciətlərin həlli prosesi barədə zəruri məlumatları əldə etməyə, ərizə və şikayətlərə baxılması məsələlərini tənzimləməyə və bu işə gündəlik nəzarəti həyata keçirməyə imkan verəcək. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR