Gürcüstanda benzin istehlakı azalıb

Gürcüstanda benzin istehlakı azalıb
# 17 fevral 2007 09:35 (UTC +04:00)
Gürcüstanda benzin və dizel yanacağının istehlakı azalıb. Bunun əsas səbəbi isə ölkədə avtomobillərin bir hissəsinin daha ucuz olan maye qazla iş prinsipinə keçməsi ilə bağlıdır. Bu barədə APA-nın Gürcüstan bürosuna Gürcüstan neft məhsullarının istehsalçıları, idxalçıları və istehlakçıları İttifaqından məlumat verilib.
Belə ki, ötən il ərzində 2005-ci illə müqayisədə ölkəyə benzin idxalı 22,576 min ton azalaraq 315,769 min ton təşkil edib.
Bununla yanaşı, hesabat ilində ağ neftin, müxtəlif yağların və mazutun idxalı artaraq müvafiq olaraq 40,179 min ton, 13,288 min ton və 12,828 min ton təşkil edib. Maye qazın idxalı isə 526 ton 21,268 min tonadək azalıb.
İttifaqdan həmçinin bildirilib ki, son illər ərzində ölkədə qaçaqmalçılığa qarşı aparılan mübarizə tədbirləri nəticəsində dövlət büdcəsinin idxal vergi və rüsumları üzrə mədaxili də əhəmiyyətli dərəcədə artıb. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR