Ömürlük həbs cəzasına məhkum olunmuş 11 məhbus Ombudsman Elmira Süleymanovaya müraciət edib

Ömürlük həbs cəzasına məhkum olunmuş 11 məhbus Ombudsman Elmira Süleymanovaya müraciət edib
# 19 fevral 2007 10:26 (UTC +04:00)
Qobustan qapalı həbsxanasında cəza çəkən, ömürlük həbs cəzasına məhkum olunmuş 11 dustaq İnsan Haqları üzrə müvəkkil Elmira Süleymanovaya müraciət edib. Həbsxanadan APA-ya daxil olan müraciətdə məhkumlar ötən il dekabrın 3-də saxlandığı kamerada yanaraq vəfat etmiş Mahir Mustafayevin ölümü ilə bağlı aparılan ibtidai istintaqın yenilənməsini xahiş ediblər. Məhkumlar qeyd ediblər ki, M. Mustafayevin ölümü ilə bağlı istintaqın obyektiv aparıldığına inanmırlar: “Biz hesab edirik ki, istintaq zamanı pozuntulara yol verilib. Xahiş edirik ki, faktın yenidən araşdırılması üçün Respublika Baş Prokurorluğuna müraciət edəsiniz”.
Qeyd edək ki, ömürlük həbs cəzasına məhkum olunmuş M. Mustafayev 2006-cı il dekabrın 3-də saxlandığı kamerada baş verən yanğın nəticəsində ölüb. Qaradağ rayon Prokurorluğunda aparılan istintaq nəticəsində faktın bədbəxt hadisə olduğu müəyyənləşdirilib və başlanmış cinayət işinə xitam verilib. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR