Bu ildən yeni Əlifba kitabının nəşrinə başlanacaq

Bu ildən yeni Əlifba kitabının nəşrinə başlanacaq
# 21 fevral 2007 14:31 (UTC +04:00)
“Bu ildən başlayaraq yeni Əlifba kitabının nəşrinə başlanacaq”. APA-nın məlumatına görə, bu sözləri Milli Məclisin Mədəniyyət məsələləri daimi komissiyasının sədri Nizami Cəfərov jurnalistlərə açıqlamasında bildirib. N. Cəfərov milli dəyərlərə söykənən yeni dərsliklərin yaradılması istiqamətində işlər getdiyini də deyib: “Bu istiqamətdə işlər diqqət mərkəzindədir. Təhsil Nazirliyi məsələyə çox ciddi yanaşır. Əlifba kitabındakı çatışmazlıqlara gəldikdə, bu barədə məlumatımız var. Orada buraxılan səhvlər metodik məsələlərdir. Bu sahə ilə məşğul olan pedaqoqlar çalışmalıdır ki, kitab tam şəkildə milli dəyərlərlə təmin olunsun. Başqa tərəfdən də dili və hərfləri öyrətməyin bir siyasi ideoloji və milli mahiyyət kəsb edən məzmunu da olsun. Hər halda, “B” hərfi öyrədilən yerdə daha çox “bayraq” assosiasiyası yaradılmalıdır, nəinki “balta”. Metodik düşüncə işlədilməlidir. Bu kitabın üzərində daha ciddi işləmək lazımdır”. /APA/

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR