Ramiz Məlikov: “Yaxın gələcəkdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün bəzi sənədlərin imzalanması nəzərdə tutulur”

Ramiz Məlikov: “Yaxın gələcəkdə Azərbaycanla Türkiyə arasında hərbi əməkdaşlığın daha da genişləndirilməsi üçün bəzi sənədlərin imzalanması nəzərdə tutulur”
# 05 mart 2007 15:18 (UTC +04:00)
“Azərbaycan və Türkiyə Silahlı Qüvvələrinin yüksək rütbəli rəsmilərinin qarşılıqlı səfərləri iki ölkə arasında hərbi sahədə əməkdaşlığın daha da genişləndirilməsi məqsədi daşıyır”. Bu sözləri APA-ya açıqlamasında Müdafiə Nazirliyi mətbuat xidmətinin rəisi polkovnik Ramiz Məlikov deyib. R. Məlikovun sözlərinə görə, hazırda Azərbaycan və Türkiyə hərbi təhsil, tibbi personalın hazırlanması, Hərbi Hava Qüvvələri, Hərbi Dəniz Qüvvələri üçün kadrların təkmilləşdirilməsi və s. sahələrdə sıx əməkdaşlıq edir. Azərbaycan Silahlı Qüvvələrində türkiyəli təlimatçılar fəaliyyət göstərir: “Bizim hərbi həkimlərimiz hazırda Türkiyənin Gülhanə Tibb Akademiyasında ürək-damar cərrahiyyəsi üzrə kurslar keçirlər. Eləcə də, digər ixtisaslar üzrə, yeni texnologiyaların öyrənilib tətbiq edilməsində Türkiyənin köməyindən və təcrübəsindən istifadə olunur”.
R. Məlikovun sözlərinə görə, Azərbaycan və Türkiyə arasında 1996-cı ildə imzalanmış “Müdafiə sənayesi, müştərək istehsal, hərbi tibb və sağlamlıq xidmətləri, sosial, idman və mədəni fəaliyyət, hərbi hüquq və məhkəmə işləri, hərbi tarix və hərbi nəşriyyat, arxiv xidmətləri haqqında Saziş”ə uyğun olaraq, hər il çoxlu sayda birgə tədbirlər keçirilir. Yaxın gələcəkdə əməkdaşlığın daha da genişləndirilməsi üçün bir sıra sənədin imzalanması nəzərdə tutulur.
Qeyd edək ki, fevral ayında müdafiə naziri Səfər Əbiyev Türkiyəyə, Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının ikinci rəisi Ergün Sayqun isə Azərbaycana səfər edib. Martın 6-da isə Türkiyə Quru Qoşunlarının komandanı İlkər Başbuğ Azərbaycana gəlir. /APA/
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR