Azərbaycanın Qırğız Respublikasındakı səfiri bu ölkənin iqtisadiyyat naziri ilə görüşüb - FOTO

Azərbaycanın Qırğız Respublikasındakı səfiri bu ölkənin iqtisadiyyat naziri ilə görüşüb - <span style="color: red;">FOTO
# 16 aprel 2015 14:47 (UTC +04:00)

Bakı-APA. Azərbaycanın Qırğız Respublikasında fövqəladə və səlahiyyətli səfiri Hidayət Orucov bu ölkənin iqtisadiyyat naziri Temir Sariyevlə görüşüb.

Azərbaycanın Qırğız Respublikasındakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə nazirin bu ilin may ayının 2-dən 5-dək Bakı şəhərində keçiriləcək Asiya İnkişaf Bankının Rəhbər Şurasının 48-ci illik toplantısında iştirakı ilə bağlı müzakirə aparılıb.

Tərəflər ölkələr üçün mühüm olan ticarət və iqtisadi əlaqələrin perspektivləri haqqında fikir bildiriblər. Səfir son illərdə Azərbaycanla Qırğız Respublikası arasında əlaqələrin inkişaf etdiyini deyib, buna baxmayaraq, əməkdaşlığın daha da genişləndirilməsi üçün istifadə edilməmiş potensialın olduğunu əlavə edib.

Görüşdə hər iki tərəfi maraqlandıran digər məsələlər müzakirə olunub

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR