Qazaxıstan XİN Aktobedəki terroru İŞİD liderinin çağırışı ilə əlaqələndirib

Qazaxıstan XİN Aktobedəki terroru İŞİD liderinin çağırışı ilə əlaqələndirib
# 20 iyun 2016 14:15 (UTC +04:00)

Bakı. Məlahət Nəcəfova - APA. "Aktobe şəhərindəki terror aktı İŞİD liderinin Ramazan öncəsi bütün dünyada zorakılıq aktları törətməklə bağlı çağırışından sonra baş verib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Qazaxıstanın xarici işlər naziri Yerlan İdrisov deyib. O bildirib ki, İŞİD-in liderlərindən olduğu deyilən Adnani soyadlı şəxs internet vasitəsilə öz tərəfdarlarını bütün dünyada terror aktları törətməyə çağırıb.

Abu Muhammad əl-Adnani adlı şəxs İŞİD-in “rəsmi nümayəndəsi”dir. Onun islam dini ilə bağlı vacib günlərdə audio yazıları yayılır.

Xatırladaq ki, iyunun 5-də Qazaxıstanın Aktobe şəhərində 2 silah mağazasına və hərbi hissəyə hücum təşkil edilib. Hadisə zamanı 3 dinc sakin və 3 hərbçi ölüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR