Daşkəsənin kəndlərinə fiberoptik kabel çəkilir

Daşkəsənin kəndlərinə fiberoptik kabel çəkilir
# 08 fevral 2013 13:32 (UTC +04:00)

Daşkəsən. Azər Məmmədli – APA. Daşkəsən rayonunun internet təminatını yaxşılaşdırmaq üçün kəndlərə yeni optik kabellər çəkilir. Bu barədə APA-nın qərb bürosuna Daşkəsən rayon Telekommunikasiya Qovşağının rəisi Aslan Rüstəmov məlumat verib. Onun sözlərinə görə, Gəncə-Daşkəsən fiberoptik kabelin çəkilişi artıq sona çatmaq üzrədir. A. Rüstəmov qeyd edib ki, rayonda olan 9 elektron ATS-ə optik kabel çəkilir. Onalrdan artıq 3-də bu iş yekunlaşıb. İlin sonuna kimi isə daha 6-na müasir kabel çəkiləcək. A. Rüstəmovun bildirdiyinə görə, hazırda rayonda 301 sürətli internet istifadəçisi var: “Gələn il rayonun kəndlərində ATS-lər fiberoptik kabellə təmin edildikdən sonra internet istifadəçilərin sayı bir neçə dəfə artacaq”.

Qeyd edək ki, Daşkəsəndə 3 minə yaxın abonent var. Onlardan 10 faizi internetdən istifadə edə bilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR