Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlayıb

Dövlət Komitəsi valideyn məsuliyyətinin artırılması ilə bağlı təkliflər paketi hazırlayıb
# 18 dekabr 2013 09:03 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə komitənin sədr müavini Aynur Sofiyeva jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, təkliflər paketinə uşaqların hüquqlarının müdafiəsi istiqamətində bir sıra məsələlər daxil edilib: "Təkliflər paketində küçə uşaqları, erkən nikah, uşaqların təhsildən yayınması, təbii və texnogen xarakterli hadisələrdə uşaqların zərər çəkməsi kimi məsələlər öz əksini tapıb. Bu hallarla bağlı araşdırmalara baxdıqda görürük ki, hadisələrin əksəriyyəti valideyn məsuliyyətsizliyinə görə baş verib. Düzdür, qanunvericiliyimizdə Ailə, İnzibati Xətalar Məcəlləsində bu kimi məsələlər öz əksini tapıb. Lakin görünür ki, qanunvericilikdə valideyn məsuliyyətinin artırılmasına ehtiyac var ki, onlar öz məsuliyyətlərini hiss etsinlər".

Sədr müavini həmçinin bildirib ki, problem təkcə qanunvericiliklə həll edilə bilməz: “Problemi insanların diqqətini məsələyə çəkməklə həll etmək olar. Biz bu istiqamətdə müvafiq qurumları məsələyə koordinasiya etməklə daha çox nəticə əldə edə bilərik".

A. Sofiyeva qeyd edib ki, İnzibati Xətalar Məcəlləsində məsuliyyətsiz valideynlərlə bağlı cərimələr də tətbiq edilə bilər: "Xarici ölkələrə baxsaq, bir sıra ölkələrdə bu cür valideynlər üçün cərimələr tətbiq olunur. Biz də buna çalışırıq və yəqin ki, nəticəsini görəcəyik".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR