Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas edilib

Bakıda mənzildə köməksiz vəziyyətdə qalmış uşaq xilas edilib
# 19 dekabr 2013 18:49 (UTC +04:00)

Bakı-APA. Bakının Nizami rayonunda giriş qapısının təsadüfən kilidlənməsi nəticəsində azyaşlı mənzildə köməksiz vəziyyətdə qalıb. APA-nın Fövqəladə Hallar Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, dərhal müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub.

Xilasedicilər təhlükəsizlik qaydalarına riayət etməklə 8-ci mərtəbədəki mənzilin eyvanından xüsusi alət və avadanlıqlar vasitəsilə 6-cı mərtəbədə yerləşən mənzilinə eyvandan enərək daxil olublar. Xilasedicilər mənzildə nəzarətsiz qalmış azyaşlını aidiyyəti üzrə təhvil veriblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR