Azərbaycan prezidentinin müşaviri “Dubai Airshow-2013” sərgi-şousuna qatılıb

Azərbaycan prezidentinin müşaviri “Dubai Airshow-2013” sərgi-şousuna qatılıb
# 18 noyabr 2013 10:45 (UTC +04:00)

APA-nın sərgidə iştirak edən əməkdaşının verdiyi məlumata görə, hərbi müşavir sərgidə iştirak edən şirkətlər və nümayiş etdirilən məhsullarla tanış olub.

Qeyd edək ki, Yaxın Şərq regionunun ən böyük aviasiya sərgi və şousunda bəziləri Yaxın Şərqdə ilk dəfə olmaqla 150 təyyarə nümayiş etdirilir. Sərgidə dünyanın müxtəlif ölkələrindən 1000-dən artıq firma iştirak edir.

Sərgidə Azərbaycanı aviasiya sektorunda fəaliyyət göstərən “Azairtechservis” şirkəti təmsil edir. Aviaşouya Azərbaycan Hərbi Hava Qüvvələrindən ziyarətçi qismində qatılıblar.

Ordu

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR