Səməd Seyidov Türkiyə səfiri ilə görüşüb - FOTO

Səməd Seyidov Türkiyə səfiri ilə görüşüb - <span style="color: red;">FOTO
# 29 yanvar 2013 12:48 (UTC +04:00)

Bakı-APA. Yanvarın 29-da Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, Milli Məclisin deputatı, professor Səməd Seyidov Türkiyənin Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Alper Coşkunu qəbul edib. ADU-nun mətbuat xidmətindən APA-ya verilən məlumata görə, qonağı salamlayan rektor Səməd Seyidov onu universitetdə görməkdən məmnun olduğunu bildirib. Rektor Türkiyə ilə Azərbaycan arasında əlaqələrin dostluq və qardaşlıq münasibətləri müstəvisində inkişaf etdiyini vurğulayıb. Səfir Alper Coşkun ADU-da olmaqdan məmnunluğunu dilə gətirib. O, Türkiyə səfirliyi olaraq ADU ilə əməkdaşlığa maraq göstərdiklərini bildirib. Səfir Türkiyə-Azərbaycan dostluğunun iki ölkə arasında mühüm əhəmiyyət kəsb etdiyini deyib.

Görüşdə Azərbaycan-Türkiyə münasibətləri, universitetlərarası gələcək əməkdaşlıq perspektivləri, birgə konfransların təşkili haqqında fikir mübadiləsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR