İranın Livandakı səfirliyi qarşısında baş verən terror aktı nəticəsində həlak olanların xatirəsi Bakıda anılacaq

İranın Livandakı səfirliyi qarşısında baş verən terror aktı nəticəsində həlak olanların xatirəsi Bakıda anılacaq
# 26 noyabr 2013 12:14 (UTC +04:00)

Bakı. Şamil Əlibəyli - APA. İranın Livandakı səfirliyi qarşısında baş verən terror aktı nəticəsində həlak olan şəxslərin xatirəsi Bakıda anılacaq.

İranın Azərbaycandakı səfirliyinin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, bununla əlaqədar noyabrın 27-də səfirliyin əsas binasında (Bünyad Sərdarov-4) “Xatirə kitabı” qoyulacaq.

Mətbuat xidmətindən bildiriblər ki, ürək sözlərini yazmaq istəyən hər kəs həmin tarixdə saat 10:00-dan 17:00-dək səfirliyin binasına yaxınlaşa bilər.


Qeyd edək ki, məlum hadisə noyabrın 19-da Livanın paytaxtı Beyrutda baş verib. Terror aktı nəticəsində təxminən 25 nəfər həlak olub, 150 nəfər yaralanıb. Həlak olanlar arasında İranın Livandakı səfirliyinin mədəniyyət müşaviri İbrahim Ənsari də olub. Terror aktına görə məsuliyyəti “əl-Qaidə” terror təşkilatı ilə əlaqəli olan “Abdullah Əzəm Briqadası” adlı qruplaşma öz üzərinə götürüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR