Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Litvada silsilə tədbirlər davam etdirilir - FOTOSESSİYA

Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Litvada silsilə tədbirlər davam etdirilir - <span style="color: red;">FOTOSESSİYA
# 26 fevral 2013 23:48 (UTC +04:00)

Bakı-APA. Xocalı faciəsinin 21-ci ildönümü ilə bağlı Litvada silsilə tədbirlər davam etdirilir. APA-nın məlumatına görə, Litva kütləvi informasiya vasitələrində Xocalı soyqırımına həsr olunmuş müxtəlif yazı və məqalələr dərc olunub, səfir Həsən Məmmədzadənin müsahibələri yayımlanıb. 25 fevralda Ermənistanın Litvadakı Səfirliyinin qarşısında soydaşlarımız etiraz aksiyası keçirib. Vilnüs şəhər meriyasının icazəsi ilə keçirilən piketdə “Günəş” Assosiasiyasının, Litva azərbaycanlı gənclər təşkilatının (AYOL) üzvləri, həmçinin Litvada yaşayan soydaşlarımız Ermənistan səfirliyi qarşısında Xocalıya ədalət şüarları səsləndirib, öz haqlı tələblərini irəli sürüb. Piket Azərbaycan himninin oxunması ilə sona çatıb.

Litvanın ikinci böyük şəhəri Kaunasda da AYOL və İngiltərədə fəaliyyət göstərən Odlar yurdu cəmiyyətinin əməkdaşlığı ilə “Xocalıya ədalət” adlı aksiya keçirilib. Tədbir 26 fevral tarixində gün ərzində tələbələr, üzərində “Justice for Khojaly” yazıları olan köynəkləri geyinərək, əllərində Xocalı faciəsini əks etdirən bir sıra müxtəlif mesajlı plakatlarla Kaunas şəhərinin mərkəzi Laisves (Azadlıq) prospektində dinc etiraz şüarlarını səsləndirib. Bununla yanaşı, xiyaban boyu Xocalı faciəsini özündə təcəssüm etdirən ingilis və Litva dillərində foto və posterlər sərgilənib. Sərgiyə maraq göstərən və informasiya əldə etmək istəyən yerli əhaliyə, həmçinin əcnəbi tələbələrə Litva və ingilis dillərində bukletlər də paylanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR