® “Atena U-12 Liqası”nın futbolçuları “Atena” süd zavodu və fermasında olublar - FOTO

<font color=red>® </font>“Atena U-12 Liqası”nın futbolçuları “Atena” süd zavodu və fermasında olublar - <span style="color: red;">FOTO
# 04 noyabr 2013 13:09 (UTC +04:00)

Bakı - APA-Economics. “Atena U-12 Liqası”nda Füzuli rayonunu təmsil edən “Füzuli” və “Kərimbəyli” komandalarının məşqçi heyəti və oyunçuları Ağcabədi rayonunda yerləşən “Atena” süd zavodu və “Atena-Aqat Aqro” heyvandarlıq kompleksində olublar.

APA-Economics”in xəbərinə görə, komandaların üzvlərini mehribanlıqla qarşılayan “Atena” süd zavodunun rəhbərliyi onları süd zavodundakı istehsal prosesi və fermada yaradılan şərait ilə yaxından tanış edib.

Süd zavodu və fermanın fəaliyyətini öz gözləri ilə görən yeniyetmə futbolçular sevə-sevə daddıqları “Atena” süd məhsullarının keyfiyyətinə bir daha əmin olublar. Qonaqlar 100% “Atena” süd məhsullarının insan orqanizminə, xüsusən uşaqların sağlam böyüməsinə verdiyi faydalar barədə məlumatlandırılıb. Onlara göstərilən qayğıya görə minnətdarlıqlarını bildirən futbolçular bu səfərin uzun müddət yaddaşlarından silinməyəcəyini qeyd ediblər.

Səfərin sonunda yeniyetmə futbolçulara “Atena” şirkəti adından “Atena” süd məhsulları hədiyyə olunub.

Qeyd edək ki, hər zaman həyata keçirdiyi sosial layihələrlə diqqət çəkən “Atena” şirkəti oktyabr ayında AFFA ilə imzalanan müqaviləyə əsasən, “U-12 Liqası”na sponsorluğu öz üzərinə götürüb. "Atena U-12 Liqası”nın oyunları bölgələr üzrə mərkəzləşdirilmiş qaydada 12 rayonda təşkil olunur. 81 komandanın mübarizə apardığı turnirdə 1114 futbolçu və 109 məşqçi iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR