İraqda baş verən toqquşmalarda 30 hərbçi öldürülüb

İraqda baş verən toqquşmalarda 30 hərbçi öldürülüb
# 28 mart 2014 21:14 (UTC +04:00)

APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, döyüşlər Faluca şəhəri yaxınlığında, “İraq və Levantedə İslam Dövləti” ekstremist qruplaşmasının mövqelərinin artilleriya atəşinə tutulmasından sonra başlayıb.

Cavab olaraq yaraqlılar uğurlu hücum həyata keçirərək hökumət ordusunun bir neçə dayaq məntəqəsi və körpülərini ələ keçirib. Sky News Arabia-nın məlumatına görə, hazırda döyüşlər davam edir.

Qeyd edək ki, ötən ilin 21 dekabrından İraqın ən qeyri-sabit əyalətlərindən biri hesab edilən Anbar əyalətində terrora qarşı əməliyyatı keçirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR