ABŞ dövlət katibinin müavini: “Vicdanla deyirəm ki, bizim İrana tam etimadımız yoxdur”

ABŞ dövlət katibinin müavini: “Vicdanla deyirəm ki, bizim İrana tam etimadımız yoxdur”
# 05 dekabr 2013 15:38 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. “ABŞ böyük ehtimalla Cenevrə razılaşması çərçivəsində Ərak ağır su nüvə reaktorunun bir hissəsini ləğv etməsi üçün İranı təzyiq altında saxlayacaq”.

APA-nın “Radiofərda”ya istinadən məlumatına görə, bunu ABŞ dövlət katibinin müavini Vendi Şerman bildirib.

Onun sözlərinə görə, İranla hərtərəfli razılaşma bu ölkənin nüvə infrastrukturunun xeyli hissəsinin aradan qaldırılması mənasına gəlir: “Mən vicdanla deyirəm ki, bizim İrana tam etimadımız yoxdur. Axı bu ölkənin dinc məqsədlər üçün nəzərdə tutulub-tutulmamasından asılı olmayaraq, 40 meqavattlıq ağır su nüvə reaktoruna ehtiyacı varmı?”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR