İran xarici işlər naziri ilə “Hizbullah”ın baş katibi arasında görüş keçirilib

İran xarici işlər naziri ilə “Hizbullah”ın baş katibi arasında görüş keçirilib
# 14 yanvar 2014 10:03 (UTC +04:00)

Bakı. Real Cəfərli - APA. Beyrutda İran xarici işlər naziri Məhəmməd Cavad Zəriflə Livanın “Hizbullah” təşkilatının baş katibi Seyid Həsən Nəsrullah arasında görüş keçirilib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi xəbərə görə, görüşdə İranın Livandakı səfiri Qəzənfər Röknabadi də iştirak edib.

Görüşün detalları barədə ətraflı məlumat verilməsə də, Livandakı vəziyyət və regional məsələlər barədə fikir mübadiləsi aparıldığı bildirilib.

Qeyd edək ki, İran xarici işlər naziri hazırda İraqda səfərdədir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR