«AzeriCard»ın ilk regional nümayəndəliyi açılıb

«AzeriCard»ın ilk regional nümayəndəliyi açılıb
# 04 noyabr 2013 12:47 (UTC +04:00)

Bakı. Nail Hüseynli – APA-Economics. «AzeriCard» Prosessinq Mərkəzi Azərbaycanda ilk dəfə olaraq regional nümayəndəliyini açıb. Bu barədə «APA-Economics»ə Mərkəzdən məlumat verilib.

Məlumatda bildirilir ki, öz tərəfdaş banklarına təqdim olunan xidmətlərin daha operativ və keyfiyyətli göstərilməsi, bölgələrdə nağdsız ödənişlər və ümumi kart sektorun inkişaf etdirilməsi məqsədi yaradılan bu regional nümayəndəlik Gəncə şəhərində açılıb. Bunun əsas vəzifəsi məqsədi plastik kart buraxılışı prosesinin əhəmiyyətli dərəcədə sürətləndirilməsi, kartın öz sahibinə qısa müddət ərzində çatdırılmasını təmin etməkdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR