Türkiyə XİN rəhbərinin I müavini rusiyalı diplomatla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib

Türkiyə XİN rəhbərinin I müavini rusiyalı diplomatla Cənubi Qafqazdakı vəziyyəti müzakirə edib
# 06 fevral 2014 15:10 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. Rusiya xarici işlər nazirinin müavini Qriqori Karasin Türkiyə xarici işlər nazirinin birinci müavini Firuddin Siniroğlu ilə görüşüb.

APA-nın Rusiya Xarici İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, görüş zamanı tərəflər Avrasiya bölgəsində əməkdaşlıq perspektivlərini müzakirə ediblər, habelə Cənubi Qafqaz və Orta Asiya regionlarındakı vəziyyəti nəzərdən keçiriblər.

Müzakirələr zamanı həmçinin Rusiya-Türkiyə əməkdaşlıq inkişafının müsbət dinamikası önə çəkilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR