Türkiyə-Suriya sərhədində 2 Rusiya vətəndaşı saxlanılıb

Türkiyə-Suriya sərhədində 2 Rusiya vətəndaşı saxlanılıb
# 21 yanvar 2014 15:07 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargahı açıqlama yayıb.

Açıqlamada bildirilir ki, Türkiyə-Suriya sərhədinin Hatay vilayətinin Narlıca rayonu ərazisindəki Hacıpaşa sərhəd zastavasının cavabdeh olduğu 1-ci dərəcəli qadağan olunmuş hərbi zonada əllərində çanta olan 2 nəfərin Türkiyə tərəfə keçdiyi müəyyənləşdirilib. Bu şəxslər əsgərlərin xəbərdarlığına əməl edərək təslim olublar.

Saxlanılan şəxslərin üzərində bir ədəd “GLOCK” markalı tapança, 7 ədəd müxtəlif markalı mobil telefon, 3 ədəd mikro yaddaş kartı və 1 ədəd flaş-kart aşkarlanıb. Adları açıqlanmayan Rusiya vətəndaşları prokurorun təlimatı ilə jandarma tərəfindən həbs edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR