Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb - FOTOSESSİYA - VİDEO

Azərbaycan və Ukrayna arasında rəsmi sənədlər imzalanıb - <span style="color: red;">FOTOSESSİYA  - <span style="color: red;">VİDEO
# 18 noyabr 2013 12:00 (UTC +04:00)

APA-nın Ukrayna prezidentinin saytına istinadən verdiyi məlumata görə, prezidentlər Viktor Yanukoviç və İlham Əliyev Ukrayna-Azərbaycan Prezident Şurasının IV iclasının Protokoluna imza atıblar. Protokolda ikitərəfli münasibətlərin gündəmindəki əsas məsələlərin müzakirəsinin yekunları, xüsusən siyasi dialoqun vəziyyəti və perspektiv inkişafı, ticarət-iqtisadi, yanacaq-energetika sahələrində əməkdaşlıq, eləcə də Prezident Şurasının iclasında əldə olunan razılaşmalar əksini tapıb.

Bundan başqa, prezidentlərin iştirakı ilə iki ölkə hökumətləri arasında bitkilərin mühafizəsi və karantini sahəsində əməkdaşlığa dair saziş; 2014-2015-ci illərdə Xarici İşlər nazirlikləri arasında ikitərəfli və çoxtərəfli əməkdaşlığın aktual məsələləri haqda məsləhətləşmələrin keçirilməsi planı; Ukraynanın Rivnensk vilayət dövlət administrasiyası ilə Azərbaycanın Qəbələ rayon İcra Hakimiyyəti arasında iqtisadi, sosial-mədəni əməkdaşlıq barədə Protokol, Ukrayna Milli İncəsənət Akademiyası ilə Azərbaycan Mədəniyyət və Turizm Nazirliyinin mədəniyyətşünaslıq üzrə elmi-metodiki mərkəzi arasında əməkdaşlıq müqaviləsi imzalanıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR