Misir paytaxtında daha bir partlayış baş verib

Misir paytaxtında daha bir partlayış baş verib
# 25 yanvar 2014 08:07 (UTC +04:00)

Bakı – APA. Bu gün Misir paytaxtında daha bir partlayış baş verib.

APA – nın “Röyters”ə istinadən verdiyi məlumata görə, polis akademiyası binasının yaxınlığında baş vermiş partlayış nəticəsində bir nəfər yaralanıb.

Xatırladaq ki, dünən Qahirənin müxtəlif rayonlarında 4 partlayış hadisəsi olub. Terror aktlarının təşkilatçıları həfəd kimi polis əməkdaşlarını seçib. Partlayışlar nəticəsində 6 nəfər ölüb, çoxlu sayda insan xəsarət alıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR