Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar noyabrda 9% artıb

Azərbaycanda avtomobillərin icbari sığortası üzrə daxilolmalar noyabrda 9% artıb
# 03 dekabr 2013 13:50 (UTC +04:00)

Bakı. Aqşin Rafiqoğlu – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda 80 795 avtonəqliyyat vasitəsi icbari sığortaya cəlb olunub.

İcbari Sığorta Bürosundan «APA-Economics»ə verilən məlumata görə, bunların 19,2 minə qədərini xarici ölkədə qeydiyyata alınmış və Azərbaycana tranzit məqsədilə daxil olan avtonəqliyyat vasitələri təşkil edib. Göstərilən dövrdə bağlanmış icbari sığorta müqavilələri üzrə daxil olan sığorta haqlarının məbləği 6,3 mln. manatdan çox olub. Ötən ilin müvafiq dövrü ilə müqayisədə sığorta haqlarının məbləğində 9,2% artım müşahidə edilib.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində «Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası» üzrə 856,3 min sığorta müqaviləsi bağlanıb, bu müqavilələr üzrə daxil olan sığorta haqlarının məbləği 65,4 mln. manat təşkil edib.

Bu ilin noyabr ayında orta sığorta haqqı 78,6 manat təşkil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR