Ukraynada daxili qoşunların əsgərləri və xüsusi təyinatlılar müxalifətin piketini dağıda bilmir

Ukraynada daxili qoşunların əsgərləri və xüsusi təyinatlılar müxalifətin piketini dağıda bilmir
# 09 dekabr 2013 20:23 (UTC +04:00)

Bakı-APA. Kiyevdə bir neçə saatdır daxili qoşunların əsgərləri və “Berkut” xüsusi təyinatlıları müxalifətin piketini dağıda bilmir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bu barədə UDAR partiyası xəbər yayıb. Partiyanın lideri Vitali Kliçko və millət vəkillərinin də etirazçıların yanında olduğu bildirilir.

“Kliçko daxili qoşunların əsgərləri və xüsusi təyinatlılarla xeyli müddət ünsiyyətə olub. O onlara cinayətkar xarakterli əmrləri icra etməməyi və dinç aksiyasını dağıtmamağa çağırıb. Artıq əraziyə UDAR partiyası liderinin qardaşı Vladimir Kliçko də gəlib”, - deyə məlumatda vurğulanır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR