Kəbədə çökmə olub

Kəbədə çökmə olub
# 29 noyabr 2013 15:15 (UTC +04:00)

APA-nın Türkiyənin NTV telekanalına istinadən verdiyi məlumata görə, Səudiyyə Ərəbistanının Müqəddəs Məkanlar Nazirliyinin sözçüsü Əhməd əl-Mənsuri həddən artıq yüklənmə səbəbindən baş verən çökmə zamanı ölən və yaralananların olmadığını açıqlayıb.

Kəbədə genişləndirmə işlərinə Həcc dönəmi bitəndən sonra başlanılıb və sutkanın 24 saatı fasiləsiz davam edir. Türkiyə şirkətlərindən biri tərəfindən aparılan genişləndirmə işlərinin 2014-cü il Həcc dönəminə qədər tamamlanması planlaşdırılıb. Kəbənin qapısı qarşısında aparılan genişləndirmə işləri əsasən başa çatıb və bu yerin qarşısındakı ikinci bölümdə genişləndirilmə işlərinə başlanıb.

Çökmə ilə bağlı Kəbədə aparılan inşaat işləri müvəqqəti dayandırılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR