® Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Megafun”da kimsəsiz uşaqlar üçün Yeni il tədbiri keçirilib - FOTO

<font color=red>® </font> Heydər Əliyev Fondunun təşəbbüsü ilə “Megafun”da kimsəsiz uşaqlar üçün Yeni il tədbiri keçirilib - <span style="color: red;">FOTO
# 24 dekabr 2013 11:00 (UTC +04:00)

APA-nın xəbərinə görə, müxtəlif uşaq müəssisələrindən 100 azyaşlı uşaq Avropanın ən böyük qapalı əyləncə mərkəzi olan və bayram ərəfəsində daha da füsünkarlaşaraq nağıllar dünyasını xatırladan “Megafun”a dəvət olundu. Hətta bura gələn böyüklər belə özlərini sehrli aləmdə hiss edirlər.

Məkanın xüsusi hazırlıqları əbəs deyil! Əyləncənin mərkəzi “Megafun” ilsonu 3 bayramı birdən qeyd etməyə hazırlaşır: ad gününü, Dünya Azərbaycanlılarının Həmrəylik gününü və Yeni il bayramını.

Bu səbəbdən Megafun-a dəvət olunan uşaqlar bütün günü müxtəlif atraksionlarda əylənmək və hər bir guşənin bəxş etdiyi fantastik zövqün dadını çıxara bilmək üçün bir- biri ilə yarışdılar. Hətta ən cəsurları qorxu otağına səyahət edərək və dırmanma divarına dırmanaraq öz şücaətlərini göstərdilər. Bu isə göründüyü kimi asan deyil. Buna görə də fasilə zamanı uşaqlar itirdikləri enerjini təkrar qazansın və əyləncəyə davam etsin deyə dadlı nahar yeməyinə qonaq oldular. Nahar bitdikdən sonra əyləncəni sevən uşaqlar yenidən fərqli guşələr və atraksionlar kəşf etmək üçün yelkən açdılar. Çünki 1 yaşında düz iki dəfə böyüyən “Megafun”da yeni və qeyri-adı atraksionlar, yelləncəklər, labirint, karting, dinozavrlar aləmi, quldur gəmisi kəşf etmək artıq hər kəsin əyləncəli peşəsinə çevrilib.

Axşam saatlarında yorğun, lakin xoşbəxt uşaqlar “Megafun”ın xüsusi avtobusları ilə tərbiyə aldıqları uşaq evlərinə yola düşdülər və xoş təəssüratla, gözlərində sevinclə “Megafun”la vidalaşdılar. Çünki onlar bilirdilər ki, onları burda hər zaman isti münasibət gözləyir və onlar hər zaman buranın ən sevimli qonaqları olacaqlar. Axı Heydər Əliyev Fondu qayğıya möhtac uşaqları tək bayram günləri deyil, adi günlərdə də sevindirir və dəstəkləyir. Bunun sayəsində də valideyn himayəsindən məhrum uşaqlar “Megafun”da özlərini artıq evlərindəki kimi hiss edirlər.

Heydər Əliyev Fondunun əsas hədəflərindən biri uşaq evlərinə, internatlara və ümumiyyətlə, qayğıya möhtac uşaqlara hər zaman dəstək olmaqdır. Bu səbəbdən fondun təşkil etdiyi bu maraqlı gəzinti bütün uşaqlara böyük sevinc bəxş etdi.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR