Bakıda bir gündə üç nəfər bıçaqlanıb

Bakıda bir gündə üç nəfər bıçaqlanıb
# 22 noyabr 2013 07:04 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Bakıda bir gündə üç nəfər bıçaqlanıb. Xətai rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, rayonun Naximov küçəsində 1959-cu il təvəllüdlü Muğdat Hüseynov aralarında yaranmış mübahisə zəminində qonşusu, 1977-ci il təvəllüdlü Pərviz Verdiyevi bıçaqlayıb. Yaralı ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hadisəni törədən M. Hüseynov isə saxlanılıb.

Digər hadisələr Yasamal və Suraxanı rayonlarında qeydə alınıb. Yasamal rayon sakini, 23 yaşlı Tural Kərimov və Suraxanı rayon sakini, 25 yaşı Elçin Zamanov bıçaq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Hər üç faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR